Türkiyənin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı ələ keçən terrorçular Hatay bölgəsinə gətirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Hatay Baş Prokurorluğu məlumat yayıb.
Ələ keçən YPG terror təşkilatının 10 silahlısı prokurorluqda dindirilib və barələrində həbs qərarı çıxarılıb.
Onlara qarşı terror təşkilatına üzv olma maddəsi ilə cinayət işi başlanıb.