21 Yanvar 2019 09:45
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayır.

Teleqraf.com xəbər verir ki, sessiya zamanı AŞPA deputatları dezinformasiya və təbliğat kontekstində kütləvi informasiya vasitələri və mətbuat azadlığı barədə birgə müzakirələr aparacaqlar.

Həmçinin interneti idarəetmə və insan hüquqları məsələləri də müzakirə olunacaq.

Ötən il Gürcüstanda keçirilmiş prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistandakı növbədənkənar parlament seçkiləri (9 dekabr) yanvarın 21-də müzakirə olunacaq.

Yanvarın 22-də sessiyada Finlandiyanın xarici işlər naziri Timo Soyni, yanvarın 23-də Albaniyanın XİN başçısı Ditmir Buşati çıxış edəcəklər.

"Rusiyanın Ukraynaya qarşı açıq təcavüzü: sülh prosesinin pozulması və Avropa təhlükəsizliyi üçün təhlükə" mövzusunda təcili müzakirələrin keçirilməsi də tələb edilib.

Sessiya yanvarın 25-də başa çatacaq.


Müəllif: Teleqraf.com