“ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən konkret nəticələr gözləyirik”.
Teleqraf.com xəbər verir ki, bu fikri millət vəkili Elman Məmmədov deyib.
O qeyd edib ki, Minsk qrupu həmsədrlərinin bugünlərdə regiona etdikləri səfər ictimaiyyətin diqqət mərkəzindədir.
Milli Məclisin deputatı həmsədrlərin prinsipiallıq göstərmədiyini sözlərinə əlavə edib:
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik missiyası beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Amma həmsədrlər bu məsələdə prinsipiallıq göstərmirlər”.
Elman Məmmədovun sözlərinə görə, münaqişə o zaman sülh yolu ilə həll oluna bilər ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri yerinə yetirilsin və həmsədrlər prinsipiallıq göstərsinlər:
“Eyni zamanda, Ermənistanın yeni hakimiyyəti də anlamalıdır ki, işğalçılıq siyasətinə son qoyulmasa, bu ölkənin perspektivi yoxdur”.