22 Aprel 2019 23:58
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatırlayırsınızsa iki il öncə ABŞ ın “ International Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc etmişdi.

Məqalədə Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan Amerika Erməni Milli Komitəsi ABŞ ın "ən böyük və təsirli siyasi təşkilatlardan" biri kimi, həm də bu ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə belə təhlükə yaradaraq ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərməsi haqqında geniş faktlar sadalanmışdı.

AEMK nın idarə heyəti sıralarında təmsil olunan , ABŞ - da təzyiq göstərmək, silahlı hücum və terrorizmə görə 4 dəfə məhkum edilmiş şəxslərin ABŞ Konqresi üzvləri ilə görüşlərə cəlb olunması, Kapitoli təpəsində təşkilatın qərb qanadının nümayəndə heyətinin tərkibində keçirilən görüşlərdə ABŞ xarici siyasətinə dair mesajlar verməsi və.s qeyd olunmuşdu.

İki gün öncə isə "Washington Time’sy nəşrində American Foreign Policy Council rəhbəri , ABŞ Ordusunun Strateji Araşdırmalar Mərkəzinin eksperti, ABŞ hərbi məktəbi milli təhlükəsizlik tədqiqatları üzrə professoru Stefen Blankın erməni lobbisinin , AEMK-nin Cənubi Qafqazda ABŞ-ın maraqlarına qarşı yönəlmiş fəaliyyəti haqqında geniş yazısı gedib.

www.washingtontimes.com/news/2019/apr/21/inflamed-nationalistic-lobbies-do-not-advance-peac/

Müəllif AEMK-nin konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahisinda öndə gedən və geniş dəstək görən Ermənistanın ABŞ-ın müttəfiqi olmadığını, onun dəyərlərini bölüşmədiyini ,Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqi olmasına diqqət çəkir.

Ardınca müəllif , AEMK-nin lobbiçilik fəaliyyətinin Cənubi Qafqazın təhlükəsizliyinə neqativ təsirlərini, mövcud və perspektiv risklərini qeyd edir. ABŞ konqresindən maliyyələşən bu lobbiçiliyin ABŞ üçün bu qədər strateji bir regionda gərginlik yaratmaqla bu gərginliyin fonunda Rusiyanin və İranın maraqlarına necə xidmət edməsi haqda , bu regionda ABŞ ın əsas strateji tərəfdaşı və regionun zəngin ölkəsi olan Azərbaycana qarşı fəaliyyətinin yenə də regionun sabitliyinə qarşı yönəldiyini və ən əsası Ermənistanın bunda maraqlı olmasını qeyd edir. Müəllif həmçinin ABŞ- ın İrana qarşı tətbiq olunan sanksiyalar zamanı , Ermənistanın İranla sərhəd boyu bir sıra əməliyyatlar aparması haqda faktlar mövcudluğuna diqqəti çəkir və s.

Bu iki yazıdan yola çıxaraq , mövzunun Azərbaycan oxucusuna çox maraqlı olmasını nəzərə alaraq erməni lobbisi, onun maliyyə qaynaqları vəABŞ xarici siyasətindəki yeri və AEMK- nın bu siyasətin imkanlarından istifadə edərək Cənubi Qafqazda yaratdığı gərginlik haqqında detallı yazmaq qərarını gəldim.

Məlumat üçün deyim ki, ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi son bir neçə ildir "Dövlət, Xarici Əməliyyatlar və Əlaqəli Proqramlar üzrə ayırmalar” çərçivəsində humanitar məqsədlərlə SFOPS layihəsi həyata keçirilir. Bu humanitar proqram Suriya müharibəsi zamanı qeyri-müsəlman azlıqların müdafiəsi üçün nəzərdə tutulur.

ABŞ-ın Nümayəndələr Palatasının Vəsaitlər Komitəsi tərəfindən maliyyələşən "Dövlət, Xarici Əməliyyatlar və Əlaqəli Proqramlar üzrə ayırmalar” haqqında SFOPS layihəsi həmçinin BMT və beynəlxalq humanitar donor təşkilatları tərəfindən dəstəklənir. SFOPS layihəsi çərçivəsində suriyalı qeyri-müsəlman azlıqların müdafiəsi altında qaçqınların məskunlaşmasında iştirak edən ölkələrə 47 milyard dollarlıq yardım nəzərdə tutur. SFOPS layihəsi eyni zamanda Suriyadan başqa, həmçinin, onun qonşuluğundakı dövlətlərdə yaşayan xristian azlıqlar üçün müdafiə dəstəyini də nəzərdə tutur.

SFOPS layihəsi çərçivəsində suriyalı qeyri-müsəlman azlıqların müdafiəsi altında qaçqınların məskunlaşmasında iştirak edən və son 3 ildə SFOPS proqramı çərçivəsində yardımların alınması üçün bütün gücünü səfərbər edərək, 47 milyard dollarlıq yardımdan yararlanan ölkələrdən biri də Ermənistandır.

Bu humanitar proqramdan istifadə edən Ermənistan suriyalı qeyri-müsəlman azlıqların müdafiəsi adı altında etnik erməniləri yerləşdirməklə Azərbaycanın işğal olunmuş və Dağlıq Qarabağ vilayətinin ətrafı ərazilərində(işğal altındakı rayonlarda) qeyri qanunu məskunlaşma siyasəti aparır.
Daha açıq yazsam , Ermənistan ABŞ konqresində fəaliyyət göstərən AEMK lobbiçiliyi ilə , Nümayəndələr Palatasının Vəsaitlər Komitəsinin Amerikalı vergi ödəyicilərinin hesabına "Dövlət, Xarici Əməliyyatlar və Əlaqəli Proqramlar üzrə” maliyyələşdirdiyi, BMT və diğər beynəlxalq humanitar donor təşkilatları dəstəklədiyi bir proqramı, bir sözlə, ABŞ vergi ödəyicilərinin vəsaitini və beynəlxalq humanitar imkanları öz işğal siyasətinin möhkəmlədiriləməsinə sərf edir.

ABŞ konqresində fəaliyyət göstərən AENK diqqətdən kənar qalan belə” lobbiçilik” fəaliyyəti Cənubi Qafqazda beynəlxalq hüquq və sülhün bərqərar olmasına əsas hədədir və ən əsası bütün bunlar ABŞ ın xarici siyasət konsepsiyasındakı Cənubi Qafqaz siyasətinə daban- dabana ziddir və ABŞ-ın ATƏT-in Minsk Qrupundakı missiyasına şübhə salır.

Yeganə Hacıyeva,
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert,


Müəllif: Teleqraf.com