Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar.
Teleqraf.com-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov jutrnalistlərə deyib.
S.Novruzov biĺdirib ki, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur: "Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".
Millət vəkili insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".
S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O bildirib ki, müxalifət nə ağac əkir, nə qan verir: "Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".