MSK-nın iclasında 81 saylı Beyləqan, 50 saylı Abşeron-Qobustan, 72 saylı Yardımlı-Masallı, 42 saylı Sumqayıt, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə daxil olan bir sıra şikayətlər də araşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu şikayətlərin araşdırma səlahiyyəti dairə seçki komissiyalarına aid olduğundan, onlar müvafiq DSK-lara göndərilib.