20 Fevral 2020 16:49
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə namizəd olmuş Sitarə Zeynalovanın şikayətinə onun özünün iştirakı ilə baxılıb.

Teleqraf.com-un məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, bu dairə üzrə aparılan araşdırmada seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar müşahidə olunmayıb:

“Sosial şəbəkələrdəki bu dairə üzrə 10 məntəqədən videogörüntü var. Yalnız 8 saylı məntəqə üzrə şikayət öz təsdiqini tapıb”.

MSK katibi videogörüntüyə baxılmasını təklif edib. Ancaq videogörüntüyə baxış keçirilməyib.

Müzakirədən sonra 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə bir məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul olunub.


Müəllif: Səxavət