20 Fevral 2020 20:01
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasında daha sonra 11 saylı Qaradağ seçki dairəsi üzrə namizəd Samir Məmmədovun şkayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov bildirib ki, DSK onun şikayətini araşdırıb, ancaq əsassız hesab edildiyindən təmin edilməyib:

“Araşdırma zamanı müəyyən edilib ki, həmin seçki dairəsi üzrə bir məntəqə istisna olmaqla digər məntəqələr üzrə qanun pozuntuları öz təsdiqini tapmayıb. Ona görə də biz qərara gəlmişik ki, 11 saylı Qaradağ seçki dairəsinin 30 saylı məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir”.

MSK həmin dairə üzrə 30 saylı məntəqədə seçkinin nəticələrinin etibarsız sayılmasına dair qərar qəbul edib. Səxavət


Müəllif: Səxavət