12 Mart 2020 23:26
1 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

75 amerikalı konqresmen ABŞ Konqresinin Xarici Əməliyyatlar üzrə Komitəsinə Ermənistana 100, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə isə 1.5 milyon dolların maddi yardım olaraq təklif edilməsi ilə bağlı məktub göndərib.

Teleqraf.com-un məlumatına görə, məktubda bildirilib ki, Qarabağın minalardan təmizlənmə proqramlarına və mina qurbanlarına yardım üçün 1.5 milyon dollar ayrılmalıdır.

Ermənistan üçün nəzərdə tutulan 100 milyon dollar isə təklifə uyğun olaraq, iqtisadiyyatın dəstəklənməsinə, qanunun aliliyi və təhlükəsizliyin təmin edilməsinə yönəldilməlidir.

ABŞ-dakı erməni diaspora təşkilatı Amerika Erməniləri Milli Komitəsinə (ANCA) yaxınlığı ilə seçilən konqresmenlər Azərbaycana hərbi yardımı dayandırmağa da çağırış edib.

Zaman-zaman ABŞ Konqresində Azərbaycana qarşı çıxışların olduğunu nəzərə alsaq, bu təklifin də ölkəmizə qarşı növbəti təxribat cəhdlərindən biri olduğuna şübhə yoxdur. Təsadüfi deyil ki, 75 konqresmen Konqresə ünvanladığı həmin məktubun bir nüsxəsini də ANCA-ya təqdim edib


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər