Milli Məclisin deputatlarına vəsiqələrin paylanılması prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin bir neçə deputatına iclasda iştirak etmədiyi üçün deputat vəsiqəsi təqdim olunmayıb. Belə ki, 1 saylı Şərur-Sədərək seçki dairəsinin deputatı Vasif Talıbov, 45 saylı Abşeron seçki dairəsinin deputatı Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında iştirak etmədiyi üçün onlara vəsiqələr təqdim edilməyib.
Daha sonra MSK sədri Məzahir Pənahov deputatlara uğurlar arzu edib.
Spiker Sahibə Qafarova isə MSK sədrinə seçkilərin uğurla təşkil edildiyi üçün təşəkkür edib.
Spiker eyni zamanda Milli Məclis üzvlərini deputat vəsiqələrini almaları münasibətilə təbrik edib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament üzvlərinə vəsiqələri təqdim etməyə başlayıb.
Teleqraf.com-un məlumatına görə, MSK sədri bildirib ki, artıq parlament seçkiləri başa çatıb və deputatlar fəaliyyətə başlayıb:
“Mən sizə uğurlar arzu edirəm. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK Milli Məclis üzvlərinə vəsiqə təqdim edir. İcazə verin prosesə başlayaq”.
MSK sədri birinci deputat vəsiqəsini Milli Məclisin sədri Qafarova Sahibəyə təqdim edib.
Daha sonra vitse spikerlər Əli Hüseynli, Adil Əliyev və Fəzail İbrahimliyə vəsiqələr təqdim edilib.
Hazırda proses davam edir.