Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 may - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.
Azərbaycanın Türkiyədəki Baş konsulluğundan Teleqraf.com-a verilən məlumata görə, bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.
May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.