Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir.
Teleqraf.com-un məlumatlna görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib
Onun sözlərinə görə, Azərbaycan Ordusu təxribata cavab verir: "Azərbaycan cəmiyyəti həmrəydir, yekdildir. Ermənistanın işğal etdiyi torpaqlar azad edilməlidir. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərmədiyindən bu təxribatlar davam edir.
Azərbaycan xalqının həmrəyliyinə kölgə salmaq istəyənlər təxribatlara əl atmağa başlayıb. Həmin şəxslər də layiqli cavab verəcəklər. Azərbaycan gəncləri orduya getmək üçün şüarlar səsləndiriblər. Bildirim ki, Azərbacan Ordusu tam komplektləşdirilib və düşmənə lazımi cavab verir. Ermənistanda orduya olan inam aşağı səviyyədədir, orda şəxsi heyətin komplektləşdirilməsində problem var. Hətta Ermənistan ordusunda muzdlu şəxslər xidmətə cəlb edilir.
Azərbaycan gənclərinin vətənpərvərliyi dövlət tərəfindən də yüksək qiymətləndirilir. Dövlət başçısı bəyan etdi ki, kim istəyirsə, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə bilər, orada təlimlərə cəlb edilə bilər. Əgər ehtiyac olarsa, xidmət onları komplektləşdirə bilər. Bu prosesdə möhtəşəm bir sistem qurulub. Gənclərimizin bu həvəsi yüksək qiymətləndirilir. Əgər ehtiyac olarsa, həmin şəxslər orduya çağırıla bilərlər".