31 İyul 2020 15:10
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni xalqı, nəhayət, başa düşməlidir ki, əgər normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq torpaqlarımızdan çıxmalıdır. Bu məsələnin başqa həll yolu yoxdur. Onlar illərdir apardıqları yanlış siyasətin əziyyətini hələ də çəkirlər. Bu gün Ermənistan bütün regional layihələrdən təcrid edilib. Nəticədə ancaq bəzi havadar qruplaşmaların ayırdığı maliyyələr nəticəsində yaşamaq uğrunda mübarizə aparırlar. Bu vəziyyət onların silahlı qruplaşmaları torpaqlarımızdan çıxmayınca dəyişməyəcək.

Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov belə deyib.

Deputatın sözlərinə görə, düşmənlərimizin qarşısında güclü Azərbaycan var və dövlətimiz bütün imkanlarını səfərbər edib bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq.

Deputat bildirib ki, son Tovuz olaylarından sonra ordumuzdan ağır zərbəi alan Ermənistan tərəfi sərsəm bəyanatlarla çıxış edir: “Bu bəyanatlardan biri də Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan qarşısında 7 şərt qoymasıdır. Ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbul edəilən deyil. Azərbaycan bu şərtlərin qarşısına bir şərt qoyur - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar apara bilməz”.

Vüqar İskəndərov bildirib ki, ölkə rəhbərliyi səviyyəsində də həmişə qeyd olunub, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq.

Millət vəkilinə görə, qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişmək istəyir: “Ancaq bu, heç bir zaman mümkün olmayacaq. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır və məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu format Minsk qrupunun və onun həmsədrlərinin də açıq mövqeyidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər