25 Sentyabr 2020 09:05
1 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 illik Qarabağ problemi və aparılan danışıqlar prosesi göstərdi ki, bu məsələni ancaq müharibə yolu ilə həll etmək olar. Danışıqlar yolu heç bir nəticə vermədi. Əslində verə də bilməzdi. Çünki Qarabağ problemini yaradan qüvvə danışıqlar vasitəsilə bunun həllini istəmirdi. Şimal qonşumuzu nəzərdə tuturam. Ancaq insan və xalqların da səbr həddi var. Artıq bu hədd aşıb-daşır. Xalq görür ki, müharibəsiz Qarabağı geri qaytarmaq mümkün deyil.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.

Professor bildirib ki, Azərbaycan xalqının savaş ovqatı günü-gündən artır və bu da normaldır:

"Xalqda yüksək ab-havanın olması isə Dağlıq Qarabağ problemini yaradan qüvvələri narahat edir. Həmin qüvvələr istəyirlər ki, problem dondurulmuş formada qalsın. Niyə? Çünki bu onların əlində hər iki tərəfə təsir göstərmək baxımından alətdir”.

Azərbaycan xalqında yüksək vətənpərvərlik ab-havasının olduğuna diqqət çəkən professor əlavə edib ki, məhz bu amil kimlərisə narahat edir:

“Şimal qonşumuz Ermənistanı müdafiə etmək üçün var gücü ilə silahlandırır. Açıq və gizli oyunlar göstərir ki, əgər Qafqazda müharibə olacaqsa, Rusiyanın birbaşa müharibəyə girmək şansı azdır. Çünki beynəlxalq ictimaiyyət buna imkan verməz, indi 1920-ci il deyil. Odur ki, Ermənistana silah-sursat göndərməklə onu gücləndirir. Həmçinin İraq və Suriyadan PKK terrorçularını, silahlıları Qarabağa toplamaq haqda xəbərlərin şahidi oluruq”.


Müəllif: Cavad