6 Yanvar 2021 22:26
2 339
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuatda “44 günlük müharibənin kökləri” adlı məqaləsi yayılıb. Onun məqaləsi təkcə Ermənistanda və Cənubi Qafqazda deyil, erməni diaspor təşkilatlarında narazılıq doğurub. Paşinyan ölkəsində, bölgədə, erməni diasporunda olanları şərh edib. Beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsi ilə bağlı 27 sentyabra qədər olanlar və mövcud durumu dəyərləndirib. Paşinyan tarixi ekskursunda obyektivlik göstərməyə, xalqının, separatçıların və dəstəkçilərin marağını qorumağa çalışıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, ilk dəfə Ermənistanın yüksək səviyyəli rəsmisi sələflərini, onları dəstəkləyənləri açıq formada tənqid və ifşa edir: “Paşinyan məqaləsində dünyada süni yaradılmış “güclü erməni dövləti” mifini alt-üst edib. Məqalədə birbaşa və dolayı yolla erməni ideoloqlarının uydurmalarını erməni xalqına çatdırıb. Erməni diplomatiyası, hərbi məğlubiyyət, ölkəsindəki acınacaqlı durum və iflas öncəki prezidentlərin uğursuz fəaliyyəti ilə əsaslandırılıb. Köçaryan-Sarkisyan cütlüyü erməni xalqını və dövlətini fəlakətə sürükləməkdə ittiham olunub”.
Onun fikrincə, baş nazir saxta, uydurma, ədalətsiz, tarixi gerçəkliklərə zidd ideologiyanı dəstəkləyənlərə, beynəlxalq təşkilatlara ciddi, düşündürücü mesajlar verib: “Köçəryan və Sərkisyanın danışıqlarda uğursuz imitasiyasının Ermənistana deyil, Azərbaycana əlverişli fürsət, imkanlar yaratdığını qeyd edib. Bu müddətdə Azərbaycan beynəkxalq aləmdə və daxildə gücləndiyi qeyd olunub. Reallıqda 30 il ərzində ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin fəaliyyəti ilə xarici siyasətində böyük uğurlar qazanılıb. Uğurlu diplomatiya nəticəsində ən mötəbər kürsülərdən Azərbaycan həqiqətləri səslənib. Beynəlxalq təşkilatlar Ermənistanı işğalçı kimi qəbul edib. Azərbaycan beynəlxalq müstəvidə, diplomatik və iqtisadi siferada təcavüzkar Ermənistanı üstələyib. Ölkəmiz XX və XXI əsrin geosiyasi, iqtisadi cəhətdən əhəmiyyətli layihələrinin müəllifi olub. Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları sırasına yüksəlib. Ona görə də, Paşinyan məqaləsi ilə etiraf edir ki, Azərbaycan bütün parametrlərlə Ermənistanla müqayisə olmayacaq dərəcədə güclənib. O, Köçəryan-Sərkisyanın soyğunçuluq və korrupsiya öz varidatlarını artırdığını qeyd edib”.
Məlahət İbrahimqızına görə, erməni xalqı səfalət, rəzalət içində ölkəni tərk etmək üçün karantinin bitməsini gözləyir: “İşğalçı ölkədə bütün sahələrdə ağır böhran yaşanır. Ordu isə məhv olub. Erməni baş nazir yazısında cənab Prezidentin müdrik diplomatiyası ilə Ermənistanı, tərəfdarlarını beynəlxalq aləmdə blokadaya saldığını etiraf edib. Paşinyan sələflərinin açıq aşkar, erməni xalqını aldatmaqda günahlandırıb. 1994-cü ilin atəşkəs müqaviləsini, Lissabon samitini öz hakimiyyətinə qədər proseslərin Azərbaycanın xeyrinə olmasını vurğulayıb. Lissabon samitini isə Ermənistanın ən nöyük uğursuzluqlarından hesab edib”.
Deputat qeyd edib ki, erməni nazir Azərbaycanın ardıcıl və prinsipial səyləri nəticəsində Dağlıq Qarabağın statusunun gündəlikdən çıxmasından bəhs edib: “Minsk qrupunun üzvü olan Rusiyanın mövqeyində də status məsələsində bəhs olunmadığı bildirib. Ölkəsinin bütün imkanlarının tükəndiyini, Azərbaycan gücü qarşısında duruş gətirə bilməyəcəyini vurğulayıb. Aprel döyüşlərində Ermənistanın məğlubiyyəti misal göstərib”.
Parlamentari Paşinyanın məqalədə nöqsanlarını ört basdır etdiyini deyib: “O, özünün sülh mələyi, erməni xalqının xilaskar obrazını yaratmağa çalışıb”.

Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər