25 May 2021 12:10
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bizi Şuşanı və bütün torpaqları erməni vandallarından təmizləyən cənab Prezidentin daha bir tarixi qərarını parlamentdə müzakirə edirik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə deputat Azay Quliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O əlavə edib ki, Prezident İlham Əliyevin Şuşanın Azərbaycan mədəniyyət paytaxtı elan etməsi və Xarı bülbül festivalından sonra belə qanun layihəsi ilə çıxış etməsi gördüyü işlərin məntiqi davamıdır:

“Bu layihə Prezidentin Şuşada verdiyi “Biz Şuşaya qayıtdıq və burada əbədi yaşayacağıq” bəyanatının məntiqi davamı, Azərbaycan iqtidarının tarixi irsimizə sahib çıxmasının göstəricisidir.

Düşünürəm ki, Şuşanın mədəniyyət paytaxtı kimi statusunu və təhlükəsizliyi möhkəmləndirən qanun layihəsi dostlarımızı sevindirdiyi kimi düşmənləri narahat edəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər