Fələstin lideri Mahmud Abbas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mahmud Abbasın 9-11 iyul tarixlərində Türkiyəyə gələcəyi bildirilib.
Səfər çərçivəsində ikitərəfli münasibətlər və Fələstin-İsrail münaqişəsinin müzakirə olunacağı deyilib.