16 İyul 2021 09:14
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyevin İrəvan, Göyçə və Zəngəzuru tarixi Azərbaycan torpağı hesab etməsi, bizim mütləq ora dönəcəyimizi deməsi havadan deyilmir. Bunun əsası var. 300 il əvvəlki tarixə və xəritələrə baxanda İrəvan xanlığı mövcud idi. İğdır və Qarsa qədər uzanan bir İrəvan xanlığı mövcud idi, hətta Borçalının da bir hissəsini içinə alırdı”.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov Prezident Əliyevin Qərbi Azərbaycan haqda ifadələrini şərh edərkən bildirib.

Firudin Cəlilov xatırladıb ki, Göyçə gölü də İrəvan xanlığının içində olub: “Ora qədimdən oğuz yurdudur. Prezident də haqlı olaraq deyir ki, ora qədim oğuz türlərinin yaşadığı ərazilərdir. Bəli, oralar bizim vətənimizdir. İndi ruslar bura gələndən sonra bizləri bu yana qovublar, həmin ərazilərə də qondarma ad-Ermənistan qoyublar. Orada nə zamandan Ermənistan, Hayastan olub? Ermənistanın isə əslində ermənilərə aidiyyəti yoxdur. O zaman Ermənistan Ərzurum dağlarında kiçik bölgə idi. Bu mənada tarixi bilgilərə həssas yanaşmaq lazımdır”.

Alim qeyd edib ki, qədim İrəvan xanlığı bizim ulu babalarımızın doğma torpağıdır: “Hətta 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının xəritələrinə baxsanız görərsiniz ki, indiki Zəngəzur, Göyçənin bir hissəsi bizim ərazilərimiz kimi qeyd edilib. Mən hesab edirəm ki, bu məsələləri qaldırmaq lazımdır. Prezident də çox sağ olsun ki, bu tarixi gerçəklikləri bir daha gündəmə gətirdi”.


Müəllif: Nemət

Oxşar xəbərlər