Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekinin birgə mətbuat konfransı keçirilir.
Teleqraf.com-un məlumatına görə, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Daha sonra Çex nazirin Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla təkbətək görüşü baş tutub.
Azərbaycan və Çex Respublikası XİN nümayəndə heyətlərinin geniş tərkibli görüşü də keçirilib.