27 Oktyabr 2022 14:33
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistan hökumətinin sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndirir.

Teleqraf.com xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bildirib.

“O ki qaldı, suverenliyin pozulmasına, xatırladım ki, həmin 9-cu bəndə görə Ermənistan ərazisində yol hərəkətinə nəzarəti Rusiya Federal Təhlükəzislik Xidmətinin sərhəd xidməti həyata keçirir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır. Çünki aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil”, - Ş. Mustafayev vurğulayıb.

Baş nazirin müavini onu da bildirib ki, bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlıq əsasında açılır: “Azərbaycanla bu məsələdə heç bir razılaşma olmayıb. Odur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə dair məlum bəyanatın 9-cu bəndinin şərtlərinin yerinə yetirilməməsinin əsas səbəbi, Ermənistan tərəfindən aparılmış monitorinqin tövsiyə etdiyi avtomobil yolunun optimal marşrutunu təqdim etməməsidir”.

Ş. Mustafayev qeyd edib ki, həmçinin beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər