Fransanın mövqeyi bizim üçün aydındır. Bu ölkənin parlamenti bundan öncə də anti-Azərbaycan mövqeyinə xidmət edən qətnamələr qəbul edib. Ona görə də, onların praktiki bir effekti yoxdur.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
Onun fikrincə, bu cür addımlarla Fransa öz maraqlarına zərbə vurur: “Elə ona görə də, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləmək istəmədi. Çünki burada Fransa var? Fransa isə heç vaxt neytral vasitəçi ola bilməz”.
Fərid Şəfiyev hesab edir ki, Azərbaycan bundan sonra Fransanın hər hansı bir təşəbbüsünə ehtiyatla yanaşacaq: “Reallıqda isə Fransa parlamentinin çıxardığı bu qətnamələrin heç bir hüquqi əsası yoxdur”.