15 Dekabr 2022 19:27
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ola bilsin ki, dekabrın sonunda Ermənistanın xarici işlər naziri ilə görüşüb sülh müqaviləsi ilə bağlı danışıqlar apardıq".

Teleqrqf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O həmçinin bildirib ki, son iki il ərzində üçtərəfli formatda müxtəlif vaxtlarda görüşlər keçirilib: "Digər formatlarda görüşlərin keçirilməsi istisna deyil. Azərbaycan tərəfi istənilən formatda görüşlərin keçirilməsini hər zaman dəstəkləyir. Müsbət nəticələr olmasa da, açıq mövzuların müzakirəsi müsbət haldır. Ən azından qarşı tərəf üzərinə götürdüyü öhdəliklərlə bağlı vədlərini də yerinə yetirməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər