Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu həftə Azərbaycana səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Aİ-nin xüsusi nümayəndəsinin sözçüsü bildirib.
"Səfər həftə ərzində, İrəvan səfərindən sonra olacaq", - deyə sözçü qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Klaarın İrəvana səfərə getdiyi bildirilirdi.
Xatırladaq ki, iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun iştirakı ilə “Avropa siyasi birliyi”nin ikinci Zirvə toplantısı çərçivəsində görüşlər keçirilib.