1 Avqust 2023 00:00
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün erməni tərəfi başqa cür bir fikir söyləmiş olsaydı, bu, təəccüblü olardı. Əslində bu, erməni tərəfinin köhnə xəstəliyidir. Onlar terrorçuları həmişə “təmiz adam” kimi təqdim etməyə çalışırlar. Həmin terrorçular Serj Sərkisyan, Robert Köçəryan, Samvel Babayan, Vitali Balasanyan, Araik Arutyunyan, Vaqif Xaçatryanlar və başqalarıdır. Faktiki olaraq Xocalıda, Meşəlidə və digər ərazilərimizdə azərbaycanlılara qarşı soyqırımı törədən bu terrorçulardır.

Bunu Teleqraf.com-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, bu gün azad edilmiş Qarabağ torpaqlarında azərbaycanlılara aid kütləvi məzarlıqlar üzə çıxır:

“Bunlar hamısı ermənilərin törətdiyi cinayətlərdir. Onların da həmişə cinayətlərini ört-basdır etmək üçün erməni tərəfi bu cür hay-küy salır. Amma reallıq odur ki, Vaqif Xaçatryan terrorçudur. O Xocalıda, Meşəlidə azərbaycanlılara qarşı amasızcasına divan tutumuş, qətliamlar törətmiş vəhşidir. Ona insan demək olmaz. Belə erməni vəhşiləri çoxdur. Amma onların hamısı öz cəzasına çatacaqlar”.

Komitə sədri hesab edir ki, erməni caniləri, terrorçuları Azərbaycan qanunları, ədalət mühakiməsi qarşısında cavab verəcəklər:

“Bu gün erməni tərəfinin beynəlxalq konvensiyaları özlərinə uyğun tərzdə şərh etmələri düzgün deyil. Çünki Vaqif Xaçatryan konkret olaraq Azərbaycan xalqına qarşı cinayət törədib. Ona görə də, bu məxluq etmiş olduğu əməllərə görə cavab verməlidir. Unun illər bu hərbi canı Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi. Nəhayət o Qarabağdan qaçarkən Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsində yaxalanıb”.

Ziyafət Əsgərova görə, xalqımıza qarşı cinayət törətmiş belə terrorçular çoxdur:

“Onlar Ermənistanda və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə gizləniblər. Gec-tez onlar də tarixi ədalət mühakiməsi qarşısında cavab verəcəklər”.


Müəllif: Tapdıq Qurbanlı