3 Oktyabr 2023 11:36
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Sakit Okean Alyansı otağında sizinlə görüşürük. Düzdür, Sakit Okean Alyansı zalı müştərək bir məkandır. Bu gün də sizin qarşınıza Meksikadan gələn həmkarlarımla birlikdə çıxıram. Queretaro ştatından olan nümayəndə heyətinin gəlməsinin səbəbi Azərbaycanda keçirilən şəhərsalma və məskunlaşma forumlarında iştirak etməkdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Meksikanın ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero bildirib.

Səfir qeyd edib ki, nümayəndə heyəti ilə Zəngilan şəhərində olub:

"Şəhərsalma forumunun açılışında cənab prezident İlham Əliyevin sözlərinə diqqətlə qulaq asdım və dövlət başçısı öz nitqində azad olunmuş torpaqlarda bərpa, təmir işlərindən söz açdı. Hesab edirəm ki, bərpa, təmir işləri, ümumiyyətlə, bu layihələr Meksika-Azərbaycan arasında baş tuta biləcək əməkdaşlığın digər sahəsidir ki, bu gün bizimlə birlikdə Queretaro ştatından rəsmi qonaqlar iştirak edirlər. Meksikanın Queretaro ştatının şəhər inkişafı və ictimai işlər nazirinin müavini Fernando Gualadupe Qonsares Salines həmçinin azərbaycanlı həmkarlarla fikir mübadiləsi apara bildi və hər iki tərəfi maraqlandıran məsələlərə toxunuldu”.

Fernando Gualadupe Qonsares Salines qeyd edib ki, şəhərsalma, memarlıq sahəsində böyük bir işlər görülüb:

“Eyni zamanada bizim beynəlxalq tərəfdaşlarımız var. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq proqramları icra olunur. BMT-nin insanların məskunlaşması proqramı çərçivəsində geniş əməkdaşlığa malikik. Məhz bu səbəbdən gələn ilin oktyabr ayının 7-də Queretaro ştatı Beynəlxalq Məskunlaşma forumunu qəbul edəcək. Bununla qürurduyuruq. Ölkəmiz bir sıra işlər görür. Həm şəhərsalma, həm memarlıq eyni zamanda vətəndaşların bu proseslərdə aktiv iştirakı təmin olunsun və həmin sahələr geniş inkişaf etsin. Gənclərin bütün işlərə cəlb olunması vacib haldır. Çünki gənclər bizim gələcəyimizdir və indiki problemlərin həllində gənclər mütləq şəkildə iştirak etməlidirlər ki, gələcəkdə bu və ya digər məsələlərdə çağırışlara cəlb olunsunlar”.

Meksikanın Queretaro ştatının turizm nazirliyinin nümayəndəsi Aliksandra İtirbe Rosars şəhərlərimizin ortaq dəyərlərindən danışıb:

“Hər iki şəhər qədimdir. Şəhərlərimiz arasında aşkar olunan bir sıra oxşar hallara toxunmaq istəyirəm. Onlardan biri şəhər mərkəzlərinin YUNESKO-nun irs siyahısına salınmasıdır. Eyni zamanda BMT-nin yaradıcı dizaynına hər iki şəhər layiq görülüb. Bildiyiniz kimi həm Queretaro, həm də Bakı şəhəri çoxsaylı turustlər qəbul edir. Burada turistlər bir çox dəyərlərdən, mədəni nümunələrdən zövq ala bilərlər. Onlardan biri milli mətbəx, mədəniyyət, adət-ənənə və ən başlıcası insanların mehribanlığı və istiqanlılığıdır ki, biz bu səfər çərçivəsində bir daha bunu gördük. Gələn il Queretaro ştatında azərbaycanlı qonaqlarımız qəbul etmək istərdik. 7 oktyabr tarixi bizim üçün vacib bir tarixdir ki, biz beynəlxalq səviyyədə Məskunlaşma Gününü qeyd edəcəyik. Azərbaycanlı dostlarımızı Queretaro ştatında görmək istərik. Ümid edirəm ki, azərbaycanlı qonaqlar şəhərimizdən xoş təssüratlarla ayrılacalqar. Fürsətdən istifadə edib, səfər çərçivəsində yaradılmış şəraitə görə cənab prezident İlham Əliyevə təşəkkürümüz bildirirəm”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər