Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 105 illiyi ilə bağlı qəbul keçirilir.
Teleqraf.com xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, fəxri qonaq qismində energetika naziri Pərviz Şahbazov, ümumi qonaqlar arasında isə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı daxil olmaqla Azərbaycan akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, deputatlar iştirak edir.