11 Mart 19:19
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron Kiyev səfərini növbəti dəfə təxirə sala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “La Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Emmanuel Makron Kiyevə martın ortalarına planlaşdırılan səfərini orada Putinə qarşı eyni sərt mövqedən çıxış edən digər Avropa liderlərinin əhatəsində görünmək üçün təxirə sala bilər”, - nəşr yazır.

Makron və həmkarlarının Ukraynaya birgə səfərindən Fransa lideri Ukraynanı dəstəkləməkdə Avropa birliyinin sübutu kimi istifadə edə bilər. Bu qərar xüsusilə Makron üçün Avropa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı sözlərindən sonra faydalı olardı, buna görə də Fransa prezidenti Aİ ölkələri tərəfindən tənqid olundu.


Müəllif: Pərvin Cəfərova