19 Mart 08:28
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək.

Teleqraf.com xəbər verir ki, şöbə aprel-iyun aylarında Fransanın Bordo, Tuluza, Strasburq, Nitsa, Puatye, Kayen, Le-Man, Metz şəhərlərində səyyar konsulluq xidmətləri həyata keçirməyi planlaşdırır.

Xidmətlərə ümümvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq məsələləri üzrə məsləhətlər daxildir.

Səyyar konsulluq xidmətlərinin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan vətəndaşlarının ehtiyaclarını öncədən öyrənmək üçün tədbirlərə başlanılıb.

Konsulluq adı çəkilən şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarına elektron poçt vasitəsilə öz təkliflərini ünvanlamaq üçün müraciət edib


Müəllif: Teleqraf.com