Rusiya tərəfindən idarə olunan hava bombaları mütəmadi olaraq ölkənin Silahlı Qüvvələrinin (AFU) mövqelərini məhv edir.
Teleqraf.com "Financial Times"-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Kuleba vurğulayıb ki, Ukrayna hərbçiləri kütləvi və müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrinin mövqelərini məhv edən idarə olunan bombalarla hücuma məruz qalırlar.
Onun sözlərinə görə, bu mərmilərdən gizlənmək mümkün deyil.