Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Məhəmməd Muizzuyanı Maldivin Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:
"Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram".