27 İyul 14:32
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi bərbad təşkilatçılıq, ayrıseçkilik, diskriminasiya, mühacirlərin zorla mərkəzdən uzaqlaşdırılması fonunda baş tutub. Bu ölkə növbəti dəfə özünün daxili intiriqalarını sülh oyunlarında gizlədə bilməyib. Artıq dünyada özünü hər sahədə gülünc vəziyyətə salmış, Olimpiya Oyunları kimi mötəbər yarışın mahiyyətinə ciddi zərbə vurmuş Fransa var.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin VI çağırış deputatı olmuş Səməd Seyidov bu cür məsələlərin Fransanın apardığı siyasətin mahiyyətindən qaynaqlandığını söyləyib.

O qeyd edib ki, rəsmi Parisin həyata keçirdiyi siyasət bu cür mötəbər tədbirin səviyyəsinə mənfi təsir edib: “Hər hansı bir tədbirin keçirilməsi yalnız onun təşkil olunması ilə bağlı deyil. Burada əsas amil dövlət daxilində olan mühitdir. Mötəbər bir tədbiri keçirmək iddiasında olan Fransa onun kənarında olan miqrantları kütləvi şəkildə ərazidən uzaqlaşdırıb. Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi isə heç bir məntiqə uyğun deyil”.

Səməd Seyidov hesab edir ki, bu gün Fransanın bəyan etdiyi dəyərlər reallığa xidmət etmir: “Bu halda isə nəticə acınacaqlı olur. Qarət, xaos, anarxiya fonunda hansısa mötəbər tədbir təşkil etrmək Fransanın mahiyyətini göstərir. Dəvət edilən qonaqlar belə Paris küçələrdə qarət edilir. Beləliklə, Fransanın təşkilatçılığ ilə keçirilən Yay Olimpiya Oyunları öz xarakterini itirir. Rəsmi Paris daxili və xarici siyasətdə o qədər səhvlər edib ki, təşkil etdiyi tədbirlərin içərisindən də çürük, qeyri-normal hallar ortaya çıxır. Üzəri örtülmüş acı həqiqətlər özünü büruzə verir”.

AŞPA təmsilçisinə görə, dövlətin apardığı daxili və xarici siyasət üst-üstə düşməli, səmimi olmalıdır: "Dünya üçün bir siyasət, daxilində isə tamam fərqli bir yanaşma ortaya qoymaq olmaz. Bu baxımdan, Fransanın elan etdiyi dəyərlər onun təşkilatçısı olduğu tədbirdə özünü əks etdirmir. Ona görə də, hadisələr məhz xoşagəlməz bir məcrada cərəyan etməli olur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər