31 İyul 15:45
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, artıq 77 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası Fariz İsmayılzadənin namizədliyini təsdiqləyib.

Fariz İsmayılzadə sabiq deputat Hadı Rəcəblinin bacısı oğludur.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) həmin dairədən namizədi Əlimərdan Ələkbər oğlu Əliyevdir. VI çağırış Milli Məclisdə 77 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyev olub. O, budəfəki seçkilərdə iştirak etməyəcək.

Qeyd edək ki, Fariz İsmayılzadə 2000-2002-ci illərdə Vaşinqton Universitetində magistr təhsili alıb. 2013-2015-ci illərdə İspaniyanın Madrid şəhərində yerləşən Beynəlxalq Biznes Məktəbində Qlobal Menecment ixtisası üzrə magistraturada oxuyub. Hollandiyanın nüfuzlu Maastrix Menecment Məktəbinin Beynəlxalq Biznes ixtisası üzrə doktorantıdır.

Fariz İsmayılzadə 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. Hazırda ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektoru vəzifəsində çalışır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər