09:59
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Yeni Azərbaycan Partiyasından seçilən deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Rafael Hüseynov və bitərəf deputat Fariz İsmayılzadə müavin olacaq.

Fariz İsmayılzadə parlamentdə bitərəfləri, Rafael Hüseynov isə azlıqdakı partiyaları təmsil edəcək.

Qeyd edək ki, parlamentdə azlıqda yer alan müxalifət partiyaları arasında ən çox deputat mandatını Vətəndaş Həmrəyliyi Partiyası qazanıb. VHP-ni parlamentdə Rafael Hüseynov, Fəzail İbrahimli və Tənzilə Rüstəmxanlı təmsil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər