Ermənistanla sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, bu işdə olan bütün manelərə baxmayaraq, Ermənistanla sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır.
“Sabah Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününü qeyd edəcək. Zəfər sayəsində Azərbaycanın əzəli torpaqlarının 30 illik işğaldan azad edilməsi tək bizim ölkə üçün yox, türk dövlətləri və dünya üçün də tarixi hadisədir”, - spiker əlavə edib.