"Almaniyada Donald Trampın ABŞ-da seçkilərdə qələbəsi fonunda hərbi xidmətə çağırışı bərpa etmək və silahlı qüvvələri gücləndirmək lazımdır".
Teleqraf.com DPA agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyada Bavariyanın baş naziri, Xristian Sosial Birliyinin lideri Markus Söder deyib.
“Bundesveri geniş miqyasda gücləndirmək lazımdır - müdafiə xərclərində ÜDM-in 2%-i əvəzinə bizə ən azı 3% və real hərbi xidmət lazımdır. Hər ikisi sürətlidir” - Söder bildirib.
Qeyd edək ki, alman ordusuna məcburi çağırış 2011-ci ildə başa çatıb.