6 Noyabr 23:06
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Puerto-Riko sakinlərinin yarıdan çoxu adanın statusu ilə bağlı referendumda ABŞ -a ştat kimi qoşulmağa səs verib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "El Nuevo Día" qəzeti məlumat yayıb.

Səslərin 91,35%-i işləndikdən sonra məlum olub ki, Puerto-Rikalıların 56,82%-i ABŞ-ın tərkibinə daxil olmağın, 30,85%-i müstəqilliyin, daha 12,33%-nin isə hazırkı statusunun saxlanmasının tərəfdarı olub.

Puerto Riko, Karib dənizində Amerika Birləşmiş Ştatlarının qeyri-korporativ ərazisi olan ada dövlətidir. Bu o deməkdir ki, ada ABŞ-a məxsusdur, lakin formal olaraq ölkənin bir hissəsi hesab edilmir. Puerto Rikonun öz qubernatoru və qanunverici orqanı kimi özünüidarəetmə institutları var, lakin Vaşinqtonda Amerika qanunlarına və hökumətinə tabedir . Adanın sakinləri Amerika vətəndaşlığına malikdirlər, lakin prezident seçkilərində səs verə bilməzlər.


Müəllif: Arzu