00:25
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni seçilmiş prezident Donald Tramp Ağ Evə qayıtdıqdan sonra qeyri-qanuni miqrasiya və neft hasilatı məsələləri ilə bağlı addımlar atacaq".

Teleqraf.com "CBS"-ə istinadən xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının baş müşaviri Ceyson Miller danışıb.

Millerin sözlərinə görə, Trampın ABŞ prezidenti kimi ilk hərəkətləri onun icra sərəncamları ilə, yəni Konqresin təsdiqi olmadan həll edə biləcəyi məsələlərə aid olacaq.

“Tramp tərəfindən qoyulan bütün sərhəd təhlükəsizliyi siyasətləri əvvəlki vəziyyətinə qayıda bilər. Onların (Trampın komandasının) sərhəd təhlükəsizliyini bərpa etmək üçün Konqresin hərəkətinə ehtiyacı yoxdur”, - deyə o bildirib.

ABŞ-ın gələcək prezidentinin qısa müddətdə görə biləcəyi digər tədbir Miller qiymətləri aşağı salacaq enerji istehsalının genişləndirilməsi adlandırıb.


Müəllif: Arzu