7 Noyabr 09:57
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Donald Tramp Rusiya məsələsini əsas prioriteti hesab etmir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq Maksim Nesvitaylov deyib.

Ekspertin fikrincə, Tramp daha çox Çinlə geosiyasi qarşıdurmaya fokuslanıb: “Qalan hər şey onun üçün ikinci dərəcəli məsələdir. Əgər Rusiya ilə Çinin yaxınlaşmaması üçün Ukraynanın maraqlarını qurban vermək lazımdırsa, bu, onun üçün məqbul ssenari olacaq”.

Həmçinin ekspert əlavə edib ki, Trampın prezidentliyi Rusiya üçün sərfəli olmaya bilər.

“Uğurları rusların özlərini də təəccübləndirir. Cəbhədə uğurlu hücum əməliyyatları aparırlar, bunu etiraf etmək lazımdır. Həmçinin beynəlxalq kampaniyanı uğurla həyata keçirirlər - əvvəlcə Monqolustan səfəri, sonra Rusiyada keçirilən BRİKS sammiti, Quterreşin ora səfəri... Putinin beynəlxalq səviyyədə legitimləşdirilməsi geniş vüsət alır. Odur ki, özlərinə həddən artıq inanıb Trampa təzyiq göstərməyə çalışa bilərlər. Bizim üçün müsbət olan belə bir vəziyyətdə o, çox inciyə, bunu prinsipial qəbul edib, Rusiyanın üstünə gedə bilər. Hadisələrin belə bir ssenari üzrə inkişaf etməsini çox istəyirdim”, - Nesvitaylov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər