7 Noyabr 13:50
18 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müddətdən artıq xidmət keçmək haqqında hərbi müqavilə bağlayan və ya çağırış əsasında xidmət keçənlər hərbi formada avtomobil qəzasına düşəndə, yaxud günvurmadan dünyasını dəyişəndə valideynləri çox zaman şəhid statusu tələb edirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.

O, bu tələbin düzgün olmadığına söyləyib:

“Çünki torpaqlarımız uğrunda döyüşüb mübarizə aparan insanlarla onların fəaliyyəti üst-üstə düşmür. Buna görə bu məqamları nəzərə almalıdırlar. Şəhid adı döyüş vaxtı, ən yüksək amallar uğrunda dünyasını dəyişən şəxslərə verilir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər