6 Noyabr 23:37
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova prezidentliyinə namizəd Aleksandr Stoyanoqlo son seçkilərdə hazırkı prezident Maya Sanduya məğlub olduğunu rəsmən etiraf edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə siyasətçi özünün "Telegram" kanalında paylaşım edib.

Stoyanoqlo mübarizəni davam etdirəcəyinə söz verir. O, müasir və ədalətli Moldova yaratmaq üçün vətəndaşların birləşməsinə çağırıb.

“Biz iqtidarın bu qələbəsinin nə qədər zəif və süni olduğunu gördük. Onlar ləyaqətlə nə uduzmağı, nə də qazanmağı bacaran bir gücdür. Zəfər kin, qorxu, nifrət və senzura üzərində qurulubsa, məğlubiyyət qaçılmazdır. Bu, sadəcə bir zaman məsələsidir. Manipulyasiya, nifrət nitqi və bölgü uzunmüddətli əsas ola bilməz”, - siyasətçi əlavə edib.

Bundan əlavə, Stoyanoqlo vurğulayıb ki, prezidentlik kampaniyası qərəzliliyi və əsas dövlət institutlarının, o cümlədən media və vətəndaş cəmiyyətinin ələ keçirilməsini üzə çıxarıb.


Müəllif: Arzu

Oxşar xəbərlər