01:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Baydenin administrasiyası təcili olaraq Ukraynaya altı milyard dollar məbləğində son yardım paketini göndərmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

“Bayden administrasiyası Donald Trampın andiçmə mərasiminə qədər Ukraynaya təhlükəsizlik yardımının qalan 6 milyard dollarını tələsdirməyi planlaşdırır ”, – məlumatda deyilir.

Nəşr Bayden komandası Trampın ABŞ prezidenti vəzifəsinə gəldiyi andan Kiyevə silah tədarükünün dayandırılmasını gözləyir .


Müəllif: Arzu