"ABŞ prezidenti seçilən Donald Tramp yanvarın 21-də Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər".
Teleqraf.com xəbər verir ki, bu barədə Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanski "Radio 1"ə müsahibəsində deyib.
Onun fikrincə, respublikaçıların seçkilərdəki qələbəsi Trampa ona xəyanət etməyəcək yaxşı komanda seçmək imkanı verəcək.
“Yanvarın 21-də Tramp Vladimir Putinlə görüşəcək və onlar bu müharibəni bitirəcəklər”, - Lozanski bildirib.
O, həmçinin əlavə edib ki, yanvarın 20-dək Tramp beynəlxalq danışıqlara girə bilməyəcək, çünki bu, ABŞ Konstitusiyası ilə qadağandır.