Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinin yenidən ABŞ prezidenti seçilən Donald Trampı qeyri-rəsmi şəkildə təbrik etməsi barədə iddiaya münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi bunun doğru olmadığını deyib.
Peskov Putinin Trampı “tanışlar vasitəsilə” təbrik etməsi barədə KİV-də yayılan məlumatı təkzib edib.