7 Noyabr 16:16
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi sülh müqaviləsinin tərkib hissəsi deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Ermənistan etimadın gücləndirilməsi mexanizmləri, o cümlədən əks nəzarətlə bağlı bir sıra təkliflər irəli sürüb”, - ölkə rəsmisi bildirib.

Azərbaycanla danışıqların formatına toxunan xarici işlər nazirinin müavini qeyd edib ki, iki ölkə arasında danışıqlar birbaşa davam edir: “Amma elə tərəfdaşlar var ki, onlar həqiqətən Cənubi Qafqazda sabitlik və sülhdə maraqlıdırlar, bu müsbət gündəmi dəstəkləməyə çalışırlar”.

Həmçinin o vurğulayıb ki, hazırda sülh müqaviləsinin bütün müddəaları üzrə yekun razılaşma yoxdur:

“Tərəflər arasında hələ də həll olunmamış məsələlər var, iki tərəf arasında danışıqlar davam edir.

Nazirlər və ya dövlət başçıları səviyyəsində konkret razılaşma yoxdur. Amma Ermənistan tərəfi görüşlərin intensivləşdirilməsində maraqlıdır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmanı qısa müddət ərzində başa çatdırmaq mümkün olsun”.

Kostanyan əlavə edib ki, regional kommunikasiyaların (nəqliyyat dəhlizləri) açılması məsələsi sülh sazişi layihəsində nəzərdə tutulmasa da, mövzu ətrafında müzakirələr gedir.

O xatırladıb ki, iki ölkənin baş nazir müavinləri delimitasiya komissiyalarının iclasından sonra bu məsələni də müzakirə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər