7 Noyabr 14:27
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı optimist olmaq üçün çoxlu səbəblər var.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Afina səfərindən öncə deyib.

“Mən gələcək nəsillərimizin təhlükəsizliyi və firavanlığı naminə dialoq və əməkdaşlıqdan başqa yol görmürəm. Problemlərin həlli üsulları üçün BMT Nizamnaməsinə əməl etmək kifayətdir. Mənalı dialoq nəticəsində hərtərəfli həllər əldə edə bilməsək, vahid yanaşma ilə beynəlxalq məhkəməyə gedəcəyik. Amma bunun baş verməsi üçün qeyd-şərtləri və maneələri aradan qaldırmaq, ilk növbədə, aldatmalardan xilas olmaq lazımdır”, - nazir bildirib.

Suveren bərabərlik, qarşılıqlı hörmət və konstruktiv dialoqun hər bir ölkə kimi Türkiyə üçün də çox önəmli olduğuna diqqət çəkən Fidan Aralıq dənizi coğrafiyasının tarix boyu insanların qarşılıqlı əlaqələrinə şahidlik edən bölgə olduğunu qeyd edib.

Bu qarşılıqlı əlaqənin qarşı tərəfin prioritetlərini anlamaq bacarığı sayəsində inkişaf etdiyini söyləyən Hakan Fidan sözlərini belə davam etdirib:

“Söhbətə “qarşı tərəfin də hüquqları və prioritetləri var” düşüncəsi ilə başlasaq, daha yaxşı dinləyici olsaq, ikitərəfli münasibətlərdə daha uğurlu olacağımıza inanıram. Bizim bir-biri ilə əlaqəli çoxlu problemlərimiz var ki, bunları yalnız kontinental şelf və müstəsna iqtisadi zona məsələləri ilə bağlamaq olmaz. Düşünürük ki, bütün bu məsələləri qarşılıqlı hörmət və əməkdaşlıq əsasında həll etməyin vaxtı çatıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər