7 Noyabr 16:46
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin müharibələrini tezliklə həlledici qələbələrlə başa vurduğunu görmək istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Respublikaçılar Partiyasının sözçüsü Elizabet Pipko açıqlama verib.

“Tramp İsraildən yüz faiz qalib gələrək müharibələri (Qəzza və Livanda – red.) sona çatdıracağını gözləyir”, - partiya rəsmisi deyib.

Pipko İran-İsrail münaqişəsinə də toxunub: “Yaxın Şərqdə müharibəni bitirmək, İran və ya HƏMAS kimi düşmənlərlə mübarizə aparmağa gəlincə, İsrail qətiyyətli olmalıdır”.

Partiya sözçüsü Trampın İranın nüvə obyektlərinə hücum üçün İsrailə “yaşıl işıq” yandırıb-yaxmayacağına dair şərh verməkdən imtina edərək söyləyib ki, bu mövzuda fikir bildirmək prezidentin ixtiyarındadır, yanvarda vəzifə başına keçdikdə bunu bəyan edəcək.

Dünən İsrail Baş naziri Benyamin Netanyahu Trampla danışıb. Baş nazirin ofisindən verilən açıqlamada liderlərin İsrailin təhlükəsizliyi üçün birlikdə işləmək barədə razılığa gəldiyi və İran təhdidini müzakirə etdiyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər