7 Noyabr 12:50
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kredit faizləri aşağı salınsın.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov çıxış edib.

Deputatın sözlərinə görə, bank kreditlərinin faizləri aşağı salınsın, müddəti uzadılsın ki, vətəndaşlar sahibkarlıqla məşğul olsunlar:

"Azərbaycanda Mərkəzi Bankdan başqa 22 bank fəaliyyət göstərir. Hesab edirəm ki, yeni bankların, xarici ölkələrlə birgə bankların açılmasına ehtiyac var. Buna baxılmalıdır. Banklar aztəminatlı ailələrə, onların övladlarının təhsil haqlarının ödənilməsinə kömək etsələr, yaxşı olar".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər