7 Noyabr 09:32
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuq barmaqlar təhlükəli xəstəliyin əlaməti ola bilər. Bu xəstəlik anemiya ilə qarışdırılan Reyno sindromudur.

Teleqraf.com xəbər verir ki, bu sindromun simptomları xəstəliyin gedişinə görə dəyişir.

Reyno sindromu olan insanlarda xüsusilə soyuq havalarda əllərində və ayaq barmaqlarında uyuşma hissi yaranır. Bu, isti havalarda da problemlər ola bilir.

Xəstəlik adətən gənc yaşlarda müşahidə olunmağa başlayır. Onun dəqiq səbəbi yoxdur, lakin genetik faktorlar təsirlidir. Sindrom sistematik lupus eritematosus, skleroderma və romatoid artrit kimi otoimmün xəstəliklərlə əlaqəli də ola bilər.

Reyno sindromu ətraflarda kiçik qan damarlarının daralmasına səbəb olan bir vəziyyətdir. Qan axınının azalması ilə əl və ayaq barmaqlarının rənginin dəyişməsi, uyuşma və ağrı yaradır. Bu vəziyyət uzun müddət davam edərsə və ya ağırlaşarsa, kifayət qədər oksigen və qida maddələri toxumalara çatır, bu da toxumaların zədələnməsinə, nekrozuna, hətta qanqrenaya səbəb olur.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər