Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən avqustun 18-dən etibarən karantin rejimi tətbiq olunan şəhər və rayonlarda açıq havada fəaliyyət göstərən restoranların işi bərpa edilib.
Teleqraf.com-un əməkdaşları restoranlardakı vəziyyəti öyrənmək üçün paytaxtın mərkəzində yerləşən iaşə obyeklərinə yollanıblar.
Qeyd edək ki, qəbul olunan qərara əsasən ictimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Obyektivimizə həkk olunan görüntüləri təqdim edirik.
Foto: Pərviz Həşimi