29 Avqust 09:05
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəli iş rejimi o zaman tətbiq edilir ki, sutka ərzində orada iş dayanmır. Ölkəmizdə elə sahələr var ki orada iş 24 saat davam edir. Dəmir yolu, şaxta, tunel qazıntısı kimi işlərdə 4 növbəli iş rejimi tətbiq edilir. Elə zavod və fabriklər də var ki, orada növbəli iş saatı ilə çalışırlar.

Bunu Teleqraf.com-a hüquqşünas Sahib Məmmədov deyib.

O qeyd edib ki, istehsalat zərurəti olmadan iş növbəliliyinin olması da lazımsızdır: “Əgər hasilat norması bir növbəli iş rejimində təmin edilməyibsə, onu növbəti növbə ilə də təmin etmək mümkündür. Ona görə də, yollardakı mümkün tıxacların qarşısını almaq üçün növbəli işə keçidə işə götürənlər razı olmaz”.

Hüquqşunas hesab edir ki, şəhərdə mümkün nəqliyyat sıxlığının qarşısını almaq üçün başqa tədbirlər görülməlidir: “İri təhsil müəssisələri şəhərin mərkəzi hissəsindən çıxarılmalıdır. İctimai nəqliyyatın işini daha yaxşı tənzimləmək olar. Metro şəbəkəsinin genişləndirilməsi üçün daha çevik addımlar atılmalıdır. Hansı iş yerlərində distant qrafikə keçmək mümkündürsə, tədricən buna keçid edilməlidir. Dövlət idarələrinə belə bir hüquq vermək olar”.

Sahib Məmmədova görə, dövlət idarələrinin növbəli rejimdə işləməsi mümkün deyil: “Xidmət, ticarət və satış şəbəklərinin bir çoxu 24 saatlıq rejimdə işləyir. Ümumilikdə isə şəhərdəki tıxaclara görə növbəli iş rejiminə keçid o qədər də asan bir proses deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər